Yuventus Mateo Kovaçiç qaralayıb

28.09.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yuventus" "Mançester Siti"nin yarımmüdafiəçisi Mateo Kovaçiç ətrafındakı vəziyyəti izləyir. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 

32 yaşlı xorvatiyalının İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Turin klubu Kovaçiçi azad agent kimi heyətinə qatmaq imkanını nəzərdən keçirir.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm Premyer Liqada demək olar ki, oyun vaxtı qazanmayıb. O, iki dəfə əvəzedici kimi meydana çıxaraq cəmi 42 dəqiqə oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью