Icma.az, Fanat portalına istinadən məlumat yayır.
"Yuventus" “Milan”ın fransalı qapıçısı Mayk Menyan üçün rəsmi şəkildə hərəkətə keçib.
Fanat.Az xəbər verir ki, Menyanın “Milan”la müqaviləsi gələn ilin yazında başa çatır və tərəflər arasında yenilənmə ilə bağlı hələ də razılaşma əldə olunmayıb. Bu vəziyyət “Yuventus”un iştahını daha da artırıb.
Turin təmsilçisinin Menyanı yeni layihənin əsas fiqurlarından biri kimi gördüyü, xüsusilə də “zəmanətli birinci qapıçı” statusu ilə onu komandaya cəlb etməyə çalışdığı bildirilir.
Əgər “Milan” müqaviləni yeniləyə bilməsə, qışda endirimli transfer və ya mövsümün sonunda azad agent kimi ayrılıq ehtimalı real görünür.
Kamil Xudiyev