“Yuventus” Mottanı mövsümün sonunda istefaya göndərəcək

18.03.2025

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son turlar uğursuz nəticələrlə yadda qalan “Yuventus” baş məşqçi Tyaqo Mottanı hələlik istefaya göndərməyəcək. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Onun sözlərinə görə, növbəti turda “Cenoa”ya qarşı keçiriləcək matça da komandanı Motta çıxaracaq. Mütəxəssis yalnız mövsümün sonunda istefaya göndəriləcək. 

Qeyd edək ki, ötən yaydan “Yuventus”u çalışdıran 42 yaşlı mütəxəssisin klubla müqaviləsi 2026/27 mövsümün sonuna kimidir. 

Əlavə edək ki, son 2 turda "Yuventus" "Atalanta"ya 0:4, "Fiorentina"ya isə 0:3 hesabı ilə uduzub. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью