“Yuventus” müdafiəçi transfer edir

04.08.2026

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yuventus” müdafiəçi transfer edir

“Yuventus” növbəti transferini reallaşdırmağa yaxındır.

QOL.az xəbər verir ki, “Bolonya”nın mərkəz müdafiəçisi Con Lukumi Turin klubuna keçməyə razılıq verib. 

Bu barədə insayder Nikola Skira məlumat yayıb. O qeyd edib ki, 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Lukuminin “Yuventus”dakı illik qazancı 2,5 milyon avro təşkil edəcək.

Keçidin reallaşması üçün “Qoca Sinyora” “Bolonya” ilə də razılığa gəlməlidir.

Qeyd edək ki, Lukumi ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla 43 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью