Yuventus onu hədəfə aldı

28.05.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Yuventus" onu hədəfə aldı

"Yuventus" hücum xəttini gücləndirmək üçün İngiltərə Premyer Liqasına üz tutub.

QOL.az xəbər verir ki, "La Gazzetta dello Sport" nəşrinin məlumatına görə, klub "Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta ilə maraqlanır. Turin təmsilçisi 28 yaşlı futbolçunu Randal Kolo-Muaninin əsas alternativi kimi nəzərdən keçirir.

Məlumata görə, müqaviləsinin başa çatmasına bir il qalan Konfrans Liqasının qalibinin transferi İtaliya klubuna maksimum 35 milyon avroya başa gələ bilər. "Yuventus" iyul ayında keçiriləcək Dünya Çempionatındakı çıxışların futbolçunun qiymətinə təsir etməməsi üçün transfer danışıqlarını iyun ayında tamamlamağa tələsir. 

Qeyd edək ki, zədə səbəbindən mart ayının ortalarına qədər yaşıl meydanlardan uzaq qalan fransalı hücumçu, sıraya döndükdən sonra meydana çıxdığı matçlarda 6 qolla yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью