Yuventus Pol Poqba ilə rəsmən yollarını AYIRDI | Icma.az
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq. İtaliyanın "Yuventus" komandası futbolçusu Pol Poqba ilə rəsmən yollarını ayırıb.
Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, 4 il əvvəl antidopinq qaydalarını pozan P.Poqba bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilib.
Daha sonra onun cəzası 18 aya qədər azaldılsa da, "qoca sinyora" rəhbərliyi futbolçunun xidmətində maraqlı olmayıb.
O, "Yuventus"un heyətində ümumilikdə 190 oyun keçirib və 34 qol vurub. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu