Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliyanın "Yuventus" komandası futbolçusu Pol Poqba ilə rəsmən yollarını ayırıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Qeyd edək ki, 4 il əvvəl antidopinq qaydalarını pozan P.Poqba bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilib.
Daha sonra onun cəzası 18 aya qədər azaldılsa da, "qoca sinyora" rəhbərliyi futbolçunun xidmətində maraqlı olmayıb.
O, "Yuventus"un heyətində ümumilikdə 190 oyun keçirib və 34 qol vurub.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.