“Yuventus” Poqba ilə yollarını ayırır İdmanXəbər

15.11.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

“Yuventus” qarşılıqlı razılıq əsasında Pol Poqba ilə müqaviləyə xitam verəcək.

İdmanxeber.az-ın məlumatına görə, İtaliya klubu fransalını gözdən çıxarıb. Oyunçuya Avropa və Səudiyyə Ərəbistanı klublarından maraq var.

Xatırladaq ki, İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, 31 yaşlı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malikdir və gələn ilin mart ayından oynaya bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью