Yuventus portuqaliyalı vingerlə bağlı qərarını verdi

27.12.2024

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Müqavilə ilə "Portu"ya məxsus olan və "Yuventus"da icarə əsasında çıxış edən vinger Fransisko Konseysaunun Turində qalma ehtimalı var. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə futbolçunun agenti Xorxe Mendesə istinadən bildirib ki, İtaliya nəhəngi müştərisinin oyunundan çox razıdır və Fransiskonu uzun müddət klubda saxlamaqda maraqlıdır.

"Yuventus" Konseysaunu 30 milyon avroya almaq opsiyasından istifadə etməyə hazırdır.

Fransisko bu mövsüm "Yuventus"un heyətində 18 oyun keçirib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью