“Yuventus” PSJ ilə danışıqlara başladı

08.07.2025

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

“Yuventus” Randal Kolo Muaninin icarə müddətini uzatmaq üçün PSJ ilə yeni danışıqlara başlayır.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi futbolçudan məmnundur. Baş məşqçi İqor Tudor onunla yola davam etmək istəyir. PSJ isə Muanini icarəyə vermək yox, satmaq niyyətindədir.

 26 yaşlı forvardın gələcək karyerasını harda davam etdirəcəyi yaxın günlərdə bəlli olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью