Yuventus PSJ nin futbolçusunun transferini açıqlayıb

23.01.2025

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İtaliya təmsilçisi "Yuventus" Fransa millisinin və PSJ-nin futbolçusu Randal Kolo Muaninin transferini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat verib.

26 yaşlı hücumçu mövsümün sonunadək icarə əsasında Turin təmsilçisində çıxış edəcək. "Qoca sinyora" onu satın almaq hüququna da malikdir.

Qeyd edək ki, Randal Kolo Muani cari mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 14 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью