“Yuventus” qələbə ilə başladı

25.08.2025

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasında mövsümün ilk turunun oyunları keçirilir.

Futbolpress.az xəbər verir ki, “Milan” birinci matçda azarkeşləri önündə “Kremoneze”yə uduzub. “Roma” isə “Bolonya”dan üstün olub.

“Yuventus” mövsümə qələbə ilə başlayıb. Turin təmsilçisi “Parma”nı iki cavabsız qolla məğlub edib. “Latsio” isə səfərdə “Komo”ya uduzub.

İtaliya A Seriyası
I tur
23 avqust

Cenoa – Leççe 0:0

Milan – Kremoneze 1:2
Qollar: Pavloviç, 45+1 – Başirotto, 28. Bonazzoli, 61.

Sassuolo – Napoli 0:2
Qollar: Maktominay, 17. De Bruyne, 57.

Roma – Bolonya 1:0
Qol: Uesli Fransa, 53.

24 avqust

Kalyari – Fiorentina 1:1
Qollar: S.Luperto, 90+4 – Mandraqora, 68.

Komo – Latsio 2:0
Qollar: Duvikas, 47. Pas, 73.

Atalanta – Piza 1:1
Qollar: Skamakka, 50 – Hin, 26-öz qapısına.

Yuventus – Parma 2:0
Qollar: C.David, 59. Vlahoviç, 84.

25 avqust

20:30. Udineze – Verona
22:45. İnter – Torino

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью