Yuventus Randal Kolo Muani planı

12.02.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yuventus" Randal Kolo-Muaninin komandada saxlamaq arzusundadır.

İdman.biz xəbər verir ki, fransalı hücumçu yanvarda PSJ-dən icarəyə götürülüb.

25 yaşlı hücumçu A Seriyasında meydana çıxdığı üç oyunda 5 qol vuraraq, ona bəslənən ümidləri doğruldub. Turin klubunun PSJ-yə 40-45 milyonluq transfer şərti ilə yeni icarə təklifi verəcəyi gözlənilir.

Qeyd edək ki, Kolo-Muani yalnız dünən PSV ilə keçirilən matçda qol vura bilməyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью