Yuventus Randal Kolo Muanini almaq istəyir

08.02.2025

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Yuventus" PSJ-dən icarəyə götürdüyü futbolçu Randal Kolo Muaninin transfer hüquqlarına yiyələnmək istəyir.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira sosial şəbəkə hesabları üzərindən yayıb.

Turin təmsilçisi 26 yaşlı hücumçunun alınması üçün Paris klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, anlaşmaya əsasən, Randal Kolo Muani yayadək "Yuventus"da oynamalıdır. Onun Fransa çempionu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununadək nəzərdə tutulub. Forvard İtaliya komandasında meydana çıxdığı üç matçda beş qol vurub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью