futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Turin məhkəməsi “Yuventus”un “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldoya 9,8 milyon avro ödənilməsi ilə bağlı qərardan verdiyi apellyasiya şikayətini rədd edib.
Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Hakim 2024-cü ilin aprelində çıxarılmış arbitraj kollegiyasının qərarını qüvvədə saxlayıb. Qərara əsasən, “Yuventus” Ronaldoya 9,8 milyon avronu ödəməlidir.
Ronaldo 2018-2021-ci ildə “Yuventus”da çıxış edib. Turin klubu koronovirus pandemiyası dövründə futbolçunun maaşının bir hissəsini ödəməyib və bu səbəbdən şikayət olunub.