“Yuventus” serbiyalı hücumçu ilə anlaşa bilmir İdmanXəbər

20.11.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yuventus” Duşan Vlahoviçlə yeni müqavilə danışıqlarında irəliləyiş əldə edə bilmir.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı hücumçunun müqaviləsi gələn ilin ortasında bitir və tərəflər şərtlər üzrə razılığa hələ də yaxın deyillər.

Turin klubu futbolçunun maliyyə tələblərini qarşılayacaq imkan tapmadığından vəziyyət çətinləşib.

Bu səbəbdən Vlahoviçin azad agent kimi ayrılma riski artır. O, 2026-cı ilin əvvəlindən digər klublarla sərbəst danışıqlar apara biləcək.

Serb forvard bu mövsüm 15 oyunda 6 qol və 1 asistlə çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью