“Yuventus” “Siti”dən Marmuşla bağlı məlumat istəyib

20.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Yuventus” transfer bazarında hücum xəttini gücləndirməyə çalışır və diqqətini İngiltərə Premyer Liqasına yönəldib.

İdman.Biz-in “La Stampa”ya istinadən məlumatına görə, “byankoneri” 27 yaşlı “Mançester Siti”nin hücumçusu Ömər Marmuşla maraqlanır.

İtaliya klubunun rəhbərliyi hazırda "Mançester Siti"nin oyunçunu bu transfer pəncərəsindən icarəyə vermək istəyini qiymətləndirir. "Yuventus"un baş məşqçisi Luçano Spallettinin misirli hücumçu ilə çox maraqlandığı bildirilir.

2025/26 mövsümündə Marmuş “Siti”də bütün yarışlarda 36 oyun keçirib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Ömərlə yanaşı, “Yuventus” Randal Kolo Muani və Aleksandr Sörlotun da daxil olduğu variantları araşdırmağa davam edir.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью