Yuventus son dəqiqələrdə qələbəni əldən verdi

02.12.2024

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

A Seriyasında 14-cü turunda "Yuventus" "Leççe"nin qonağı olub.

Oxu.Az xəbər verir ki, Leççedəki "Via Del Mare" stadionunda baş tutan 1:1 hesabı ilə başa çatıb.

68-ci dəqiqədə "Yuventus"un müdafiəçisi Andrea Kambyazo hesabı açıb. 90+3-cü dəqiqədə "Leççe"nin futbolçusu Ante Rebiç hesabı bərabərləşdirib.

Bu görüşdən sonra "Yuventus" 26 xal turnir cədvəlində 6-cı, "Leççe" 13 xalla 16-cı yerdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью