“Yuventus” Spalettini komandada saxlayacaq

28.02.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Yuventus" baş məşqçi Luçano Spalettinin klubdakı gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, A Seriyası nəhəngi italiyalı mütəxəssisin mövsümün sonunda başa çatmalı olan müqaviləsinin müddətini uzadacaq.

Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.

66 yaşlı çalışdırıcı ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunub. Turin təmsilçisi Çempionlar Liqasında mübarizəni pley-off mərhələsində dayandırıb. Komanda A Seriyasında isə 26 turdan sonra 46 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

“Tottenhem”in futbolçusu Almaniya yolunda Ronaldo klub sahibi oldu Premyer Liqa klubu baş məşqçisi ilə anlaşdı - 2032-ci ilə qədər “Yuventus” qolkiperi ilə müqavilə yeniləyib - RƏSMİ Osimhen "Qalatasaray"ın tarixinə düşdü
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью