Yuventus Tudoru qovdu

27.10.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yuventus”un baş məşqçisi İqor Tudor vəzifəsindən ayrılıb. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi təyin olunana qədər komandaya Massimo Brambilla rəhbərlik edəcək. Tudor “Yuventus”u 2025-ci ilin martından çalışdırırdı.

A Seriyasının 8 turundan sonra Turin klubu 12 xalla 8-ci pillədə qərarlaşıb. Komanda son üç matçda “Komoya” (0:2) və “Latsioya” (0:1) uduzub, Çempionlar Liqasında isə “Real”a 0:1 hesabı ilə məğlub olub. Bundan əlavə, “Yuventus” 13 sentyabrdan bəri bütün turnirlərdə qələbə qazana bilmir — son 8 oyunda 5 heç-heçə və 3 məğlubiyyət qeydə alınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью