“Yuventus” türk ulduzla müqaviləni uzatmaq niyyətindədir

19.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Yuventus”un futbol əməliyyatları direktoru Corco Kyellini klubun 20 yaşlı hücumameylli yarımmüdafiəçi Kənan Yıldızla yeni müqavilə üzərində işlədiyini açıqlayıb.

İdman.Biz-in məlumatına görə, bu barədə jurnalist Fabritsio Romano sosial media platformasında məlumat verib.

“Kənan Yıldız üçün yeni müqavilə üzərində işləyirik, ona görə də sakit olun. Bütün tərəflərin niyyəti eynidir; birlikdə davam etməyi planlaşdırırıq”, - deyə Kyellini bildirib.

Oyunçunun hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Daha əvvəl “Çelsi”, “Arsenal” və “Real Madrid”in Yıldızla maraqlandığı bildirilirdi.

Bu mövsüm yarımmüdafiəçi “Yuventus”da 18 oyun keçirib, altı qol vurub və altı məhsuldar ötürmə edib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью