Yuventus türk ulduzunu Çelsi yə satmaqdan imtina etdi

25.07.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

İtaliya nəhəngi "zadəganlar"ın Türkiyə millisinin ulduzuna dair təklifini rədd edib.

Oxu.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" "Çelsi"nin yarımmüdafiəçi üçün böyük məbləğli təklifini geri çevirib.

Mənbənin sözlərinə görə, London klubu 20 yaşlı yarımmüdafiəçi üçün 65-68 milyon avro ödəməyə hazırdır, lakin Turin klubu türk ulduzu satmağı planlaşdırmır.

Xatırladaq ki, Kenan Yıldız 2022-ci ilin yayında "Bavariya"dan "Yuventus"a azad agent kimi transfer olunub. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir. 2024/25 mövsümündə futbolçu bütün turnirlərdə 52 oyun keçirib, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью