“Yuventus” üçün 3 namizəd

25.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Yuventus” qış transfer dönəmində heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Turin təmsilçisində bu mövqeyə əsas namizədlər “Atalanta”dan Canluka Skamakka, “Atletiko”dan Aleksander Sörlot və “Kristal Pelas”dan Yan-Filip Matetadır.

“Qoca sinyora” yanvarda oyunçularla danışıqlar aparacaq. Klub uyğun variantı seçməkdə qərarlıdır.

“Yuventus” A Seriyasında 12 turdan sonra 21 xalla 6-cı sıradadır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью