Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır. PSJ-nin futbolçusu Randal Kolo Muani karyerasını İtaliyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, fransalı hücumçu icarə əsasında “Yuventus”a keçəcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Randal keçidini tamamlamaq üçün İtaliyaya yollanıb. “Yuventus” transferi bu gün rəsmən açıqlayacaq.
O, mövsümün sonuna kimi “qoca sinyora”nın uğurları üçün çalışacaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.