Yuventus un futbolçusu Premyer Liqa klubunun hədəfində

21.04.2025

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Duşan Vlahoviç “Nyukasl”a keçə bilər.

Sportal.az xəbər verir ki, "Tuttosport"un məlumatına görə, “Yuventus”un hücumçusuna iddialılar arasında “qarğalar” da yer alır. Serbiyalı futbolçunun transferi, Sandro Tonalinin Turin klubuna keçidi ilə bağlı aparılan danışıqlar zamanı gündəmə gətirilib.

Bundan əlavə, Vlahoviçlə “Arsenal”, “Tottenhem” və “Mançester Yunayted” də maraqlanır.

Qeyd edək ki, mövcüd müaviləyə əsasən, gələn mövsüm hücumçu “Yuventus”dan xalis 12 milyon avro maaş almalıdır və klub bu məbləği ödəməyə davam etmək istəmir. Bu səbəbdən yayda onu satmağı planlaşdırır.

Cari mövsümdə Vlahoviç A Seriyasında 25 oyuna 9 qol vurub.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью