Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İcarə əsasında "Nottingem Forest"də çıxış edən Duqlas Luis Premyer Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, "Aston Villa" müqavilə ilə "Yuventus"a məxsus olan braziliyalı yarımmüdafiəçinin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. 27 yaşlı futbolçu yaxın günlərdə Birmingem klubunun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Yuventus" Duqlas Luisi 2024-cü ilin yayında "Aston Villa"dan 52 milyon avroya transfer edib. Braziliya millisinin üzvü mövsümün əvvəlində "Nottingem Forest"ə icarəyə verilib. Təcrübəli oyunçu Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 1 qol ötürməsi edib.
saytlarin hazirlanmasi