Yuventus un iki futbolçusuna İngiltərədən təklif var

18.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Yarımmüdafiəçi Andrea Kambyaso və qapıçı Mikele Di Qreqorio karyerasını İngiltərədə davam etdirə bilərlər.

İdman.biz xəbər verir ki, "Mançester Siti" "Yuventus"un iki üzvü ilə maraqlanır.

Uzun müddətdir Kambyasonu izləyən "şəhərlilər"in bu transferə görə 70 milyon avro ödəmək planlaşdırıblar. Onun Turin klubu ilə 2029-cu ilin yayına kimi müqaviləsi var. Andrea bu mövsümdə 37 oyunda 2 qol və 3 ötürmə ilə yadda qalıb.

Di Qreqorio isə 30 milyon avroya "Mançester Siti"yə keçə bilər. O, "Yuventus"un heyətində bu mövsümdə 27 oyunda qapısından 27 top buraxıb.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью