Yuventus un Makkenni ilə bağlı planları dəyişdi

17.12.2025

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yuventus"un yarımmüdafiəçisi Veston Makkenni Turin klubu ilə yeni müqavilə imzalaya bilər. 

Fanat.Az xəbər verir ki, hazırkı müqaviləsinin müddəti mövsümün sonunda bitəcək 27 yaşlı futbolçunun gedişi qaçılmaz görünsə də, İtaliya nəhəngi onunla anlaşmağa yaxındır. 

"La Stampa"nın məlumatına görə, klubun planları kəskin şəkildə dəyişib və indi hər iki tərəf müqavilənin müddətini uzatmaq istəyir. 

Veston Makkenni bu mövsüm "Qoca Sinyora"nın heyətində 21 oyunda 2 qol vurub və eyni sayda məhsuldar ötürmə edib. "Transfermarkt" amerikalı yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro olaraq qiymətləndirir.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью