Yuventus un Osimhen planı

09.05.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Yuventus" icarə əsasında "Qalatasaray"da çıxış edən Viktor Osimhenə təklif verməyə hazırlaşır.

İdman.biz xəbər verir ki, Turin klubu "Napoli" ilə danışıqlara start verəcək.

İtaliya mətbuatı turinlilərin nigeriyalı forvarda görə 85 milyon avro ödəməyə hazır olduqlarını yazıb. Osimhenin müqaviləsində 75 milyonluq sərbəst qalmaq maddəsi yer alıb və onun müddəti 2026-cı ilin yayında bitəcək.

Bundan başqa, "Əl-Hilal" yayda Viktora təklif göndərəcək. Səudiyyəlilər ona illik 30-35 milyon avro maaş vermək istəyirlər.

Qeyd edək ki, Osimhen "Qalatasaray"ın heyətində bu mövsümdə 37 oyunda 33 qol vurub, 8 məhsuldar ötürmə verib.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью