Yuventus un yarımmüdafiəçisi Premyer Liqa klubunun hədəfində

30.09.2026

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Yuventus"un yarımmüdafiəçisi Tyon Koopmeyners karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

"Everton" niderlandlı futbolçunun xidmətindədir. Mersisayd klubu yanvarda 29 yaşlı dayaq yarımmüdafiəçisini icarəyə götürmək istəyir.

Qeyd edək ki, "Yuventus" Tyon Koopmeynersi 2024-cü ilin yayında "Atalanta"dan 58 milyon avroya transfer edib. Niderland millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью