Yuventus və Arsenal ın sabiq futbolçusu Bazel in sükanı arxasına keçdi

27.01.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yuventus", "Arsenal" və İsveçrə millisinin keçmiş müdafiəçisi Stefan Lixtştayner "Bazel" klubunun baş məşqçisi təyin edilib. Sport24.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

42 yaşlı mütəxəssis 2022-ci ildən 2024-cü ilə qədər "Bazel"in gənclər komandalarını çalışdırıb. 

Qeyd edək ki, 21 turdan sonra "Bazel"  turnir cədvəlində dördüncü yerdədir və lider "Tyun"dan 10 xal geri qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью