Yuventus və PSJ anlaşdı 27 yaşlı hücumçunun transferində

02.08.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Yuventus" PSJ ilə Randal Kolo-Muaninin tamhüquqlu transferi barədə razılıq əldə edib.

Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, fransalı hücumçu Turində tibbi müayinədən keçmək üçün uçuş icazəsi alıb.

Əvvəllər “Yuventus”un Kolo Muanini icarədən sonra 38+12 milyon avro qarşılığında transfer edəcəyi bildirilirdi. Lakin futbolçu bu dəfə birbaşa daimi əsasda Turin klubuna keçəcək.

Fransalı forvard daha əvvəl 2024/25 mövsümündə də “Yuventus”un formasını geyinib. Ötən mövsümü isə icarə əsasında !Tottenhem"də keçirib və Premyer Liqada 30 oyunda 1 qol vurub.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью