Yuventus yeni baş məşqçi ilə neçə illik müqavilə imzalayacaq?

23.03.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yuventus" yeni baş məşqçi təyin etməyə hazırlaşır. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Turin təmsilçisi yaxın zamanda baş məşqçi Tiaqo Mottanı istefaya göndərdikdən sonra bu vəzifəyə İqor Tudoru təyin etməyə hazırlaşır. Xorvatiyalı mütəxəssislə iyun ayına qədər müqavilə imzalanacaq. Əgər nəticələr qənaətbəxş olsa, sözləşmə daha bir ilə uzadıla bilər. 

Bildirilir ki, Tudor həmişə "Yuventus"un baş məşqçi vəzifəsinə əsas namizəd olub. 

Qeyd edək ki, "Yuventus" hazırda İtaliya A Seriyasının turnir cədvəlində 52 xalla 5-ci yerdədir. Lider "İnter"in 64 xalı var.  Motta 2024-cü ilin yayından "Yuventus"u çalışdırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью