Yuventus yeni transferini açıqladı

15.01.2025

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Yuventus" Portuqaliyanın "Vitoria" klubundan Alberto Koştanı transfer edib. 

QOL.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 

21 yaşlı sağ cinah müdafiəçisi üçün 12.5 + 2.5 milyon avro məbləğində təzminat ödənilib. Turin təmsilçisi onunla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. 

Qeyd edək ki, Alberto Koşta bu mövsüm Portuqaliyanın "Vitoria" klubunun heyətində 21 oyuna çıxaraq 1 qol vurub və 3 qolun ötürməsini edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью