“Yuventus” Yıldızı “Çelsi”yə satmadı

25.07.2025

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yuventus” “Çelsi”nin yarımmüdafiəçi Kənan Yıldızla bağlı təklifini rədd edib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu 20 yaşlı yarımmüdafiəçi üçün 65-68 milyon avro ödəməyə hazırdı, lakin Turin klubu onu satmağı planlaşdırmır.

Yıldız 2022-ci ilin yayında “Bavariya”dan azad agent kimi “Yuventus”a keçib. Onun İtaliya klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin iyun ayının sonuna kimidir.

2024/25 mövsümündə futbolçu bütün turnirlərdə 52 matç keçirib, 12 qol vurub və 9 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью