“Yuventus”a keçə bilər

27.09.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Yuventus”a keçə bilər

“Yuventus” “Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiçi transfer etmək variantını nəzərdən keçirir.

QOL.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb. Bildirilir ki, 32 yaşlı futbolçunun “Mançester Siti” ilə gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməsi ehtimalı azalıb. 

Qeyd olunur ki, hazırda tərəflər arasında danışıqlar başlamayıb.

Xatırladaq ki, Kovaçiç bu mövsüm bütün turnirlərdə 5 oyunda meydana çıxıb. “Transfermarkt” onun bazar dəyərini 10 milyon avro qiymətləndirir.

Bizi İnstaqramda izləmək üçün kliklə!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью