“Yuventus”da baş məşqçi dəyişikliyi gündəmdə Deşam əsas namizədlər arasındadır

30.10.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Yuventus”un baş məşqçisi Luçano Spalletti istefaya göndərilə bilər. Turin klubunda italiyalı mütəxəssisi əvəzləməyə əsas namizədlərdən biri Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamdır.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, “Yuventus” rəhbərliyi komandanın son nəticələrindən narazıdır.

A Seriyasının doqquzuncu turunda “Cenoa”ya 0:2 hesabı ilə məğlub olan Turin təmsilçisi 14 xalla turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Spallettinin gələcəyi baxımından noyabrın 1-də “Napoli”yə qarşı keçiriləcək qarşılaşma həlledici ola bilər.

Deşamdan başqa, klub rəhbərliyi Stefano Pioli və Antonio Kontenin namizədliyini də nəzərdən keçirir. Lakin Kontenin Turinə qayıtmaqda maraqlı olmadığı bildirilir. Buna səbəb onun “Mançester Yunayted”dən təklif gözləməsidir.

Qeyd edək ki, Deşam futbolçu karyerası ərzində “Yuventus”un formasını geyinib. O, Turin klubu ilə Çempionlar Liqasının qalibi olub və üç dəfə İtaliya çempionluğunu qazanıb.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью