Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
“Yuventus”da yeni hücumçu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Yuventus” “Nyukasl”ın hücumçusu Nik Vültemadenin icarəyə götürülməsi ilə bağlı şifahi razılığa gəlib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
24 yaşlı alman futbolçunun keçidi yay transfer pəncərəsinin son günündə baş tutacaq. İcarə müqaviləsinə əsasən, “Nyukasl” 3,5 milyon funt-sterlinq əldə edəcək.
Razılaşmada Vültemadenin icarə müddəti başa çatdıqdan sonra “Yuventus” tərəfindən alınması ilə bağlı nə satınalma opsiyası, nə də öhdəlik nəzərdə tutulub.
Qeyd edək ki, Nik Vültemade bir il əvvəl “Ştutqart”dan 75 milyon avroya “Nyukasl”a keçib. O, bu müddətdə “sağsağanlar”ın heyətində 53 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.