Yuventusdan Kenan Yıldız açıqlaması

05.12.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

"Yuventus"un marketinq direktoru Mayk Armstronq komandanın türkiyəli hücumçusu Kenan Yıldız haqda danışıb.

QOL.az xəbər verir ki, klub rəsmisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Dünya Futbol Sammitində çıxış edərkən gənc futbolçunun "Yuventus" üçün çox vacib oyunçu olduğunu bildirib:

"Klubumuz onu 10 nömrəli formanı layiq gördü. Bu, ona və onun potensialına verdiyimiz dəyərdir. Kənanla bağlı uzunmüddətli planlarımız var. Onun inkişafına mümkün qədər dəstək verməyə çalışırıq. Çox gənc olduğu üçün ona çox təzyiq etmək istəmirik. Çox istedadlı oyunçudur. Kenan gələcəkdə kluba daha da uyğunlaşacaq”.

Qeyd edək ki, Kənan Yıldız bu mövsüm A seriyasında 14 matçda 3, Çempionlar Liqasında isə 5 matçda 1 qol vurub. 19 yaşlı futbolçu İtaliyanın idman qəzetlərindən olan "Tuttosport"un verdiyi "Golden Boy Web" mükafatını da qazanıb. Onun Turin klubu ilə 2029-cu ilin yayına qədər müqaviləsi var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью