Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İtaliya A Seriyasının 2-ci turunda “Cenoa” öz meydanında “Yuventus”u qəbul edib.
Apasport.az xəbər verir ki, “Luici Ferraris” stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qol 73-cü dəqiqədə vurulub. Turin klubunun serbiyalı hücumçusu Duşan Vlahoviç fərqlənib. Bu qol futbolçu üçün mövsümün ilk iki turunda ikinci qolu olub.
Qeyd edək ki, “Yuventus” turnir cədvəlində iki oyundan 6 xal toplayaraq ikinci pillədə qərarlaşıb. “Cenoa” isə 2 turdan sonra 1 xalla 15-ci yerdədir.
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının III turu başa çatıb "İmişli"dən qələbə - YENİLƏNİB "Karvan" - "Qarabağ": İcmal - VİDEO Erik Ramos: "Neftçi"nin problemləri həll etməyə vaxtı var" Azər Həşimov: "Qarabağ"a qarşı oynamaq futbolçular üçün motivasiyadır"