“Yuventus”dan tarixi üstünlük

26.01.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İtaliya A Seriyasının 22-ci turunda “Yuventus” “Napoli” üzərində 3:0 hesablı qələbə qazanaraq diqqətçəkən statistikaya imza atıb.

İdman.Biz xəbər verir ki, Turin təmsilçisi son 12 ildən artıq müddətdə ilk dəfə neapolluları üç top fərqi ilə məğlub edib. Yanvarın 25-də baş tutan qarşılaşmada “Yuventus”un qollarını Conatan Devid, Kenan Yıldız və Filip Kostiç vurub.

“Yuventus” sonuncu dəfə “Napoli”ni bu cür fərqlə 2013-cü ilin noyabrında, İtaliya çempionatının 12-ci turunda 3:0 hesabı ilə məğlub etmişdi. Həmin vaxt Turin klubuna Antonio Konte rəhbərlik edirdi. Maraqlıdır ki, hazırda mütəxəssis “Napoli”nin baş məşqçisidir.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью