“Yuventus”dan transfer həmləsi

02.11.2026

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İtaliya A Seriyasının nəhəngləindən olan "Yuventus" hücum xəttini gücləndirmək üçün növbəti hədəfini müəyyənləşdirib.

“Yeni Sabah” xəbər verir ki, Turin təmsilçisi isveçli hücumçu Viktor Dyokereşi yanvar transfer pəncərəsində rənglərinə bağlamaq niyyətindədir.

"Yuventus" rəhbərliyi 28 yaşlı qolçunun transferi üçün artıq zəmin hazırlamağa başlayıb. Əsas heyətdə müntəzəm şans qazanmaq istəyən isveçli hücumçunun da daha çox oyun təcrübəsi əldə etmək üçün bu keçidə müsbət yanaşdığı bildirilir. Dominos pizza

İtalyanların hücumçunu ilkin olaraq satın alma bəndi ilə icarəyə götürmək variantını nəzərdən keçirdiyi, “Arsenal” tərəfinin isə birbaşa satış şərtlərini dəyərləndirdiyi iddia olunur. Danışıqların yaxın həftələrdə daha da intensivləşəcəyi gözlənilir.

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью