Yuventusla müqavilə bağladı

04.11.2024

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Yuventus” gənc futbolçusu Adam Bufandar ilə peşəkar müqavilə imzalayıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi ilə sözləşmə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Futbolçu bundan əvvəl Turin təmsilçisinin aşağı yaş qrupları üzrə komandalarının formasını geyinib. O, Mərakeşin 20 yaşadək futbolçulardan ibarət yığmasının da üzvüdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью