“Yuventus”la müqaviləsi bitən futbolçu “Çelsi” ilə danışıq aparır

25.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“Yuventus”la müqaviləsi başa çatan Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Çelsi” serbiyalı hücumçunu transfer etmək istəyir. Bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. London klubunun nümayəndələri artıq oyunçunun meneceri və atası Miloş Vlahoviçlə danışıqlara başlayıb.

Serb forvard “Yuventus”la müqaviləsini uzatmayacaq. O, “Çelsi”yə keçməyə müsbət yanaşır.

26 yaşlı futbolçu başa çatan mövsümdə 23 oyunda 10 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью