Yuventusla oyunda çox şeyi yaxşı etsək də... Ruben Diaş

12.12.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda "Yuventus"a uduzan "Mançester Siti"nin müdafiəçisi Ruben Diaş İtaliyada aldıqları məğlubiyyətdən danışıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

"Onlar iki qol vurdular, biz isə heç birini də. Qol fürsətlərimiz olsa da, reallaşdıra bilmədik. Məntiqlə, qələbə qazanmamısınızsa, yetərincə yaxşı oynaya bilməmisiniz. "Yuventus"la oyunda çox şeyi yaxşı etsək də, bu, uğur qazanmağa yetmədi. Həm fərdi, həm də kollektiv planda daha yaxşı olmalıyıq".

Qeyd edək ki, "Yuventus" növbəti turda "Brügge", "Mançester Siti" isə PSJ ilə qarşılaşacaq.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью