Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Kənan Yıldız tezliklə haqqında gəzən şayiələrə son qoyacaq.
“Yuventus” rəhbərliyi türkiyəli oyunçu ilə bağlı qərarını verib.
Turin klubu 20 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadacaq. Yeni sözləşməyə əsasən, futbolçunun maaşının da artırılacağı gözlənilir.
Türkiyə millisinin üzvü “Yuventus”da 2022-ci ilin yayından çıxış edir.