“Yuventus”lu Juninyo ilə komanda yoldaşı ola bilər

22.01.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Yuventus”un futbolçusu Danilo karyerasını Braziliyada davam etdirməyə qərar verib.

Futbolpress.az xəbər verir ki, “Flamenqo” və “Santos” 33 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Flamenqo” Danilo mübarizəsində bir addım öndədir.

Braziliyalı müdafiəçinin “Yuventus”la sözləşməsi mövsümün sonuna kimidir. O, bu “futbol ili”ndə 16 oyuna çıxıb.

“Flamenqo” bir müddət əvvəl “Qarabağ”dan Juninyonu transfer edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью