Yuventusun əsas hücumçusu zədəsini sağaldıb

05.12.2024

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

İtaliyanın "Yuventus" klubunun əsas hücumçusu Duşan Vlahoviç zədəsini sağaldıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, A Seriyasının XV turunda "Bolonya"ya qarşı keçiriləcək matçda komandasına kömək edə bilər.

Serbiya yığmasının heyətində Danimarka ilə qolsuz yekunlaşan UEFA Millətlər Liqasının matçında sıradan çıxan 24 yaşlı futbolçu "qoca sinyora"nın son üç oyununda meydana çıxa bilməyib.

Duşan Vlahoviç cari mövsüm Turin təmsilçisinin heyətində 16 oyunda 9 qol vurub.

Qeyd edək ki, "Yuventus" - "Bolonya" görüşü dekabrın 7-də baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью