“Yuventus”un futbolçunu aeroportda saxlayıblar SƏBƏB İdman və Biz

27.11.2024

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

"Yuventus"un vingeri Timoti Vea Birmingem hava limanında bir saatdan çox vaxt keçirib.

İdman.biz Corriere dello Sport-a istinadən xəbər verir ki, Çempionlar Liqası çərçivəsində "Aston Villa" ilə oyun üçün İngiltərəyə gedən "Yuve"də hazırkı giriş gömrük rəsmiləşdirilməsinin Avropa İttifaqı üzvü olmayan ölkələrin vətəndaşları üçün kifayət qədər geniş olduğunu bilməyiblər.

"Yuventus" rəhbərliyinin izahatları yetərli olmadığı üçün amerikalı futbolçudan özü haqqında əlavə məlumat istənilib.

Əvvəlcə Veanın oyun öncəsi mətbuat konfransında iştirakı gözlənilsə də, baş verən hadisəyə görə jurnalistlərin qarşısına Andrea Kambiaso çıxmalı olub.

24 yaşlı futbolçu "Aston Villa" ilə bugünkü matçda isə forma geyinə biləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью