Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Yuventus"un futbolçusu Edon Zerqova karyerasını Türkiyədə davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Beşiktaş" kosovolu hücumçunun xidmətində maraqlıdır.
Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
Zerqova Turin klubundan ayrılmağa müsbət yanaşır. O, heyətdə az şans almasından narazıdır.
"Yuventus" 27 yaşlı futbolçunu icarəyə verməyə razıdır.
Qeyd edək ki, Zerqova bu mövsüm A Seriyasında 9 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.